Naxçıvanda təcili tibbi yardım avtomobili aşıb, xə...
03:06 26.07.2026
0
0
0
Cari ilin yanvar-iyun aylarında muxtar respublikada 275 milyon 908 min 700 manatlıq sənaye məhsulu istehsal edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən “Şərq qapısı”na bildirilib ki, bu, 2025-ci ilin müvafiq dövründəki göstəricidən 3,2 faiz çoxdur. Sənaye məhsulunun 242 milyon 650 min 300 manatı və ya 87,9 faizi malların, 33 milyon 258 min 400 manatı və ya 12,1 faizi isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 82,9 faizi emal, 15,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Digər xəbərlər