NAXÇIVAN :

16 Iyul 2026, Cümə axşamı

Muxtar respublikada nə qədər kənd təsərrüfatı məhsulu istehsal olunub?

...

Cari ilin yanvar-iyun aylarında muxtar respublikada 151 milyon 539 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bunun da 46 milyon  262 min 800 manatı bitkiçilik sahəsi üzrə, 105 milyon 276 min 400 manatı isə heyvandarlıq sahəsi üzrə olub. 
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən “Şərq qapısı”na verilən məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,4 faiz azalıb.
Eyni zamanda cari ilin yanvar-iyun aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 60,2 faiz azalaraq 7 milyon 876 min 400 manat olub. Xidmətlərin 38,5 faizi qeyri-dövlət sektorunda formalaşıb.

Nəşr edilib : 16.07.2026 14:42