NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

Muxtar respublikada arxivin yaradılmasının 99-cu il dönümü qeyd olunub

...

 Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə 1925-ci il 13 dekabr tarixində yaradılan muxtar respublika arxivinin 99-cu il dönümü ilə əlaqədər olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsində tədbir keçirilib. 
Tədbir iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Heydər Əliyev Muzeyində Ulu Öndərin  həyat yolunu özündə əks etdirən  eksponatlarla tanış olublar.
Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsində davam edən tədbiri  giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri Tarverdi Məmmədov muxtar respublikada fəaliyyət göstərən arxiv əməkdaşlarını təbrik edərək, göstərdikləri fəaliyyətə görə öz təşəkkürlərini bildiriblər.
 Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin Arxiv fond sənədlərindən istifadə edilməsi və publikasiya şöbəsinin aparıcı arxeoqrafı Aygün Həmzəyeva "Heydər Əliyev və Azərbaycanda arxiv işi" mövzusunda çıxış edərək Ümummilli Lider Heydər Əliyevin arxiv sahəsinin inkişafına verdiyi töhfələrdən bəhs edib.
"Naxçıvanda arxiv quruculuğu" mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin Arxiv fondlarının və kino-foto sənədlərin mühafizəsi şöbəsinin müdiri Türkay Həsənova Naxçıvan Muxtar Respublikasında 1925-ci ildən günümüzə qədər fəaliyyət göstərən arxiv idarələrinin fəaliyyətindən və tarixi gedişatından söz açıb. 
Şahbuz Rayon Dövlət Arxivinin müdiri Elcan Əlizadə "Cəmiyyətin sosial-mədəni inkişafında arxivin rolu" mövzusunda çıxış edib.
Yekunda idarənin bir qrup əşəkdaşı arxiv işindəki məsuliyyətli və nümunəvi xidmətlərinə görə "Fəxri Fərman" və "Təşəkkürnamə" ilə təltif olunub.

Nəşr edilib : 13.12.2024 14:24