NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Muxtar respublika üzrə ən yüksək bal toplayan tələbə

...

Muxtar respublikamızda yüksək bal toplayan abituriyentlərin sayı ildən-ilə artır. Bu il də uğurlu olub. Ən yüksək bal toplayaraq tələbə adını qazanan abituriyent isə Kənan İsmayıllıdır. Culfa şəhər 3 nömrəli tam orta məktəbin məzunu olan Kənan, ümumilikdə, 691.9 bal  toplayaraq muxtar respublika birincisi olub. Söhbətimiz zamanı Kənan dedi: “Buraxılış imtahanında 300, qəbul imtahanlarında isə 391.9 bal olmaqla, ümumilikdə, 691.9 balla ən yüksək nəticəyə nail olmuşam. Məqsədim uşaqlıqdan bəri maraq göstərdiyim xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul olmaq idi və artıq arzuma çatmaqdayam. Bu uğurumun təməlində aşağı siniflərdən müəyyən məqsədimin olması çox çalışmaq, o cümlədən vaxtımı düzgün qiymətləndirməyim dayanır. Burada valideynlərimin, müəllimlərimin əməyini xüsusi qeyd etmək istəyirəm.

Gəncliyin inkişafına göstərilən  qayğıkeş münasibətə, yaxşı təhsil almağımız üçün yaradılan müasir şəraitə görə yüksək nəticə göstərmiş məzunlar adından ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk!

Biz də qəbul imtahanında  muxtar respublika üzrə maksimum nəticə göstərən Kənan İsmayıllını bu uğuruna görə təbrik edir, yeni təhsil həyatında ona uğurlar arzu edirik.

Aygün RÜSTƏMOVA

Nəşr edilib : 30.08.2024 15:24