NAXÇIVAN :

07 Iyun 2025, Şənbə

Muxtar respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub

...

Qurban bayramı ilə əlaqədar qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun və rahat şəraitdə həyata keçirilməsi məqsədilə muxtar respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. 
"Şərq qapısı" xəbər verir ki, ondan 4-ü müasir tələblərə cavab verən, bütün zəruri avadanlıqlarla təchiz olunmuş səyyar heyvan kəsimi çadırlarıdır. Digər 6 ünvanda həm kəsim, həm satış, 1-də yalnız heyvan kəsimi xidmətləri, 1-də isə yalnız diri heyvanların satışı təklif olunub. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim edilir.
Vətəndaşlar bu gün və sabah saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün xidmətlərdən istifadə edə bilərlər.

Nəşr edilib : 06.06.2025 13:56