NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Muxtar Babayev Ukrayna səfiri ilə COP29-a hazırlığı müzakirə edib

...

Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 31.07.2024 10:44