Naxçıvan Dövlət Universitetində "Müasir filologiya...
20:51 21.12.2024
0
0
0
Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
"Şərq qapısı" xəbər verir ki, görüş zamanı Azərbaycanın bu il ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri müzakirə edilib.
Eyni zamanda, COP29 Prezidentliyi qismində növbəti bir il ərzində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər, qlobal və regional təşəbbüslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər