NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşüb, COP29-a hazırlıq müzakirə olunub

...

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə Davamlı İnkişaf üzrə Regional Direktoru Sameh Naguib Vahba və Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Prays ilə görüşüb.

Müzakirələr zamanı Dünya Bankının Azərbaycanda, xüsusilə su və kənd təsərrüfatı sektorlarında davam edən və planlaşdırılan proqramları müzakirə olunub.

Həmçinin COP29-a hazırlıq barədə fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 17.09.2024 11:04