Dünya Bankı Qrupu Azərbaycanda vahid ölkə nümayənd...
15:58 09.09.2026
0
0
0
İqlim üzrə sazişlərin əldə olunması - yalnız ilk mərhələdir: beynəlxalq ictimaiyyət üçün əsas sınaq qəbul edilmiş öhdəlikləri konkret nəticələrə çevirmək və iqlim fəaliyyətlərinin beynəlxalq konfranslardan kənarda davam etdirilməsini təmin etmək bacarığı olacaq.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026)" çərçivəsində keçirilən dəyirmi masada bildirib.
Onun sözlərinə görə, COP prosesinin daha fəal praktiki fəaliyyətlərə təkan verməsinə nail olmaq və bu prosesi yalnız iqlim konfranslarının keçirildiyi dövrlə məhdudlaşdırmamaq lazımdır.
M.Babayev vurğulayıb ki, Antalyada keçiriləcək COP31 ərəfəsində beynəlxalq əməkdaşlığa praktiki yanaşma xüsusi əhəmiyyət kəsb edir.
O əlavə edib ki, razılaşmalar əldə etmək bacarığı iqlim liderliyinin yalnız tərkib hissələrindən biridir: "Növbəti sınaq əldə edilmiş sazişləri real nəticələrə çevirmək bacarığımız olacaq".
Digər xəbərlər