NAXÇIVAN :

23 Fevral 2025, Bazar

Muxtar Babayev COP29 razılaşmalarının müzakirəsi üçün Münxendə danışıqlar aparacaq

...

COP29-un prezidenti Muxtar Babayev və baş danışıqçı Yalçın Rəfiyev Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyadadırlar.

"Şərq qapısı" xəbər verir ki, bu barədə COP29 sədrliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

"COP29-un prezidenti və baş danışıqçı COP29-da əldə edilmiş irəliləyişin bütün dünyada insanların daha yaxşı və təhlükəsiz gələcəyini necə təmin edə biləcəyini müzakirə etmək üçün beynəlxalq liderlərlə bir neçə görüşdə iştirak edəcəklər", - məlumatda qeyd olunub.

Nəşr edilib : 14.02.2025 14:01