Hikmət Hacıyev: Ermənistanla Azərbaycan arasında d...
10:52 12.12.2024
0
0
0
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.
Bu barədə COP29-un "X" səhifəsində paylaşım edilib.
Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq, planetdə gələcək nəsillər üçün əlverişli iqlim şəraitinin təmin edilməsində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
Digər xəbərlər