Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə edib...
20:48 03.12.2024
0
0
0
Azərbaycanda səfərdə olan COP28-in "Gənc İqlim Çempionu", Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) icma inkişafı naziri Şarma Al Mazrui ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin görüşü olub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova da görüşdə iştirak edib.
Digər xəbərlər