NAXÇIVAN :

30 Yanvar 2025, Cümə axşamı

Muxtar Babayev "Afrika Missiya 300" sammitinin panel müzakirəsində iştirak edib

...

Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Tanzaniyada keçirilən "Afrika Missiya 300" enerji sammitinin panel müzakirəsində iştirak edib.
“Şərq qapısı”-nın xəbərinə görə, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Müzakirə Afrikanın enerji gündəliyinin yeni səviyyəyə çatdırılması, həmçinin Afrika ölkələrinin enerjiyə çıxışı və dövlət siyasətinin tənzimlənməsi məsələlərinə həsr olunub.
"Bu cür müzakirə COP29-da qəbul edilmiş öhdəliklərin, o cümlədən COP29 Fəaliyyət Proqramı çərçivəsində 2030-cu ilə qədər qlobal enerji saxlama gücünün altı dəfə artırılması ilə bağlı vədin yerinə yetirilməsi üçün həlledici əhəmiyyət kəsb edəcək", - məlumatda qeyd olunub.

Nəşr edilib : 27.01.2025 18:50