Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacə...
17:58 22.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 18 oktyabr– Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə "Müstəqillik xalqımızın böyük tarixi nailiyyətidir" adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olmuşdur. Ümummilli Liderin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasət dövlətimizin daha da güclənməsinə, regionda lider olmasına gətirib çıxarmışdır.
Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Əzizə Süleymanzadə "Ulu Öndər Heydər Əliyevin şah əsəri – Müstəqil Azərbaycan" və proqramçı Aytən Məmmədova "Müstəqilliyimiz əbədidir, sarsılmazdır" mövzularında çıxış edərək bildiriblər ki, SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX əsrdə ikinci dəfə müstəqillik bayrağını qaldırmışdır. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni bir dövrü, müstəqil inkişaf dövrü başladı. Yeni qurulmuş Azərbaycan Respublikası müstəqil dövlət kimi demokratik hüquqi dövlət quruluşunu seçdiyini bəyan etsə də, XX əsrin sonlarında baş verən mürəkkəb ictimai-siyasi vəziyyətlə əlaqədar müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Yalnız görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi ilə ölkəmiz müstəqil dövlət kimi varlığını qoruyub saxlaya bildi. Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. XX yüzillikdə xalqımızın qazandığı ikinci qələbə nəticəsində 18 oktyabr Azərbaycan tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gün oldu. Çünki həmin gün Azərbaycan xalqı eyni əsrdə ikinci dəfə dövlətçiliyinin varlığını bəşəriyyətə sübut etmişdir. Hazırda ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində müstəqilliyimizin sütunları getdikcə möhkəmlənir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi baxımdan dünyanın qüdrətli dövlətləri siyahısındadır.
Sonra "18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günüdür" adlı sərgiyə baxış keçirilib.
Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular iştirak edib.
Digər xəbərlər