NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası olacaq

...

Oktyabrın 7-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə məlumat verib.

Diplomat bildirib: “Xarici siyasət idarələrinin rəhbərləri Rusiyanın 2020-ci ildə sədrliyinin prioritetlərinin həyata keçirilməsi kontekstində birgə fəaliyyətin ilkin nəticələrinə yekun vuracaq, MDB-də çoxşaxəli əməkdaşlığın inkişaf perspektivlərini, o cümlədən iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, ənənəvi və yeni çağırışlara, təhdidlərə qarşı mübarizə, mədəni və humanitar əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edəcəklər”.

Zaxarovanın sözlərinə görə, Böyük Vətən müharibəsində Qələbənin 80 illik yubileyinə hazırlıq və onun qeyd olunması məsələlərinə xüsusi diqqət yetiriləcək.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, görüşdə aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparılacaq. İclasın yekunları üzrə hüquq-mühafizə və humanitar sahələrdə əməkdaşlığın artırılmasına, MDB çərçivəsində xarici siyasət koordinasiyasının artırılmasına yönəlmiş bir sıra qərarların qəbul ediləcəyi gözlənilir.

Zaxarova əlavə edib ki, nazirlərin 2025-ci il üçün nazirliklər arasında çoxsəviyyəli məsləhətləşmələr planını təsdiq edəcəkləri, həmçinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının tarixi və yerini razılaşdıracaqları nəzərdə tutulur. İclasda təsdiq edilən sənədlərin əksəriyyəti baxılması üçün MDB Dövlət Başçıları Şurasına və Hökumət Başçıları Şurasına təqdim olunacaq.

Nəşr edilib : 02.10.2024 16:41