NAXÇIVAN :

09 Yanvar 2025, Cümə axşamı

Monteneqro Prezidenti: Bu kədərli anlarda düşüncələrimiz dost Azərbaycan xalqının yanındadır

...

Monteneqro Prezidenti Yakov Milatoviç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

"Şərq qapısı" xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həyatını itirməsi barədə xəbər məni dərindən kədərləndirdi.

Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını diləyirəm.

Bu kədərli anlarda düşüncələrimiz Sizin, dost Azərbaycan xalqının və faciəvi hadisənin təsirinə məruz qalan insanların yanındadır. Sizinlə həmrəyik”.

Nəşr edilib : 28.12.2024 18:51