NAXÇIVAN :

20 Iyun 2025, Cümə

Monitorinqlər: sərmayə kapitalından istifadə qadın sahibkarların fəaliyyət dairəsini genişləndirir

...

Qadınların sahibkarlıq və kiçik bizneslə məşğul olması, eləcə də ailə təsərrüfatlarının qurulması və genişləndirilməsi istiqamətində sosial layihələr icra olunub, qadınlara fəaliyyət istiqamətlərinin inkişafı və genişləndirilməsi üçün sərmayə kapitalı verilib. Sərmayə kapitalından düzgün istifadə olunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sərmayə kapitalı verilən qadınların işlədiyi ünvanlarda növbəti monitorinqlər aparılıb. Naxçıvan şəhərində keçirilən monitorinqlər zamanı məlum olub ki, layihə iştirakçısı olan Naxçıvan şəhər sakinləri Aslanova İlhamə Paşa qızı və Nəcəfova Arzu Yaqub qızı dekorativ-tətbiqi sənət sahəsi üzrə sərmayə kapitalından öz təyinatına uyğun istifadə edərək fəaliyyət sahələrini inkişaf etdiriblər.

Nəşr edilib : 19.06.2025 19:35