NAXÇIVAN :

10 Mart 2026, Çərşənbə axşamı

MN: İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək

...

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla fevralın 16-dan 20-dək Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırır.

Nəşr edilib : 16.02.2026 09:33