Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti işə ba...
10:16 05.11.2026
0
0
0
“BilBacar” müsabiqəsində iştirak etmək istəyən, ibtidai təhsil səviyyəsi üzrə tədris aparan bütün ümumi təhsil müəssisələri üçün qeydiyyat bu gündən başlanıb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məktəblər qeydiyyatdan keçmək üçün bilbacar.edu.az saytında “Məktəblər üçün müraciət” bölməsinə müvafiq məlumatları daxil edə və ya tabe olduqları təhsil idarələrinə müraciət edə bilərlər.
Qeydiyyat zamanı hər bir ümumi təhsil müəssisəsi “BilBacar” məktəb koordinatorunu təyin etməlidir. Məktəblərin qeydiyyatı başa çatdıqdan sonra şagirdlərin qeydiyyatı Təhsil İnstitutu tərəfindən aparılacaq. Şagirdlərin “BilBacar” üzrə hesab məlumatları məktəbin koordinatorunun şəxsi “BilBacar” səhifəsinə əlavə ediləcək.
“BilBacar” müsabiqəsi 2026-2027-ci tədris ilində 3-cü və 4-cü sinif şagirdləri arasında təbiət elmləri (həyat bilgisi çərçivəsində) və riyaziyyat üzrə savadlılığın inkişaf etdirilməsi məqsədilə təşkil olunacaq. Hazırlıq mərhələləri şagirdlərin yarış tapşırıqlarına uyğun bacarıqlarını möhkəmləndirməyə və müsabiqəyə səmərəli hazırlaşmalarına xidmət edir.
Digər xəbərlər