NAXÇIVAN :

13 Iyul 2026, Bazar ertəsi

MN-in baş direktoru və bir qrup hərbçi təltif edilib

...

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Baş direktoru və bir qrup hərbi qulluqçunu müxtəlif medallarla təltif edib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
General-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə", general-mayor Elmir İbrahimov "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı, general-mayor Elnur Kazımov və polkovnik Teymur Məmmədov isə “Şücaətə görə” medalı ilə təltif olunublar.

Nəşr edilib : 07.07.2026 13:37