NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

MN: Gənc əsgərlərin respirator xəstəliklərə yoluxmasının qarşısını almaq üçün görüşə məhdudiyyət qoyulub

...

Yeni xidmətə başlayan gənc əsgərlərin adaptasiya dövründə sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə qabaqlayıcı tədbirlər keçirilir. Gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxmasının qarşısını almaq üçün onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”, məlumatda deyilir.

Nəşr edilib : 10.09.2025 13:48