NAXÇIVAN :

28 Dekabr 2024, Şənbə

MM Azərbaycanla Maldiv arasında xüsusi pasporta malik şəxslərin vizadan azad edilməsi ilə bağlı sazişi təsdiqləyib

...

Milli Məclis Azərbaycanla Maldiv arasında diplomatik və xidməti pasportları olan şəxslərin viza tələbindən azad edilməsi haqqında sazişi təsdiqləyib.

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihə səsə qoyularaq qəbul edilib.

Nəşr edilib : 27.12.2024 11:17