NAXÇIVAN :

22 Yanvar 2025, Çərşənbə

Mirzoyan İran-Ermənistan sərhədindən Rusiya sərhədçilərinin çıxarılmasına münasibət bildirib

...

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İran-Ermənistan sərhədindən Rusiya sərhədçilərinin çıxarılmasına münasibət bildirərək, bu hadisədə "siyasi qalmaqal"a yer olmadığını bəyan edib.

"Şərq qapısı"xəbər verir ki, bunu A.Mirzoyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında “News.ru”nun sualını cavablandırarkən deyib.

"Rusiya sərhədçilərinə gəlincə, xatırlatmaq istəyirəm ki, Ermənistanın müstəqilliyinin ilk günündən bizim xahişimizlə rusiyalı sərhədçilər müvəqqəti olaraq Ermənistan və İran arasındakı sərhədin təhlükəsizliyinin təmin edilməsinə cəlb olunublar. Vaxt bitdikdən sonra biz, əlbəttə ki, Rusiya tərəfinə sərhədimizdə bu qədər uzun müddətli xidmətə görə təşəkkür etdik. Sərhədin bu hissəsini bundan sonra öz qüvvələrimiz qoruya bilər. Burada da düşünürəm ki, hər hansı böyük siyasi qalmaqal üçün əsas yoxdur", - o qeyd edib.

Xatırladaq ki, 2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədindəki sərhəd-keçid məntəqələrində xidməti dayandırıblar.

Nəşr edilib : 21.01.2025 16:09