NAXÇIVAN :

03 Iyun 2025, Çərşənbə axşamı

Mirzоyan ABŞ dövlət katibinin köməkçisinin müavini ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

...

Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Haka ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Ermənistan KİV-inə istinadən məlumat verir.

Görüş zamanı tərəflər Cənubi Qafqaz regionunda mövcud vəziyyəti müzakirə ediblər.

Mirzоyan vurğulayıb ki, bu gün regionda möhkəm sülhün bərqərar olması üçün real imkan mövcuddur və Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması bu yolda mühüm tarixi mərhələ olacaq.

Tərəflər, həmçinin sülh gündəliyinin irəli aparılması üçün davam edən səylər barədə fikir mübadiləsi aparıblar. Bundan əlavə, Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi yolları nəzərdən keçirilib.

Nəşr edilib : 29.05.2025 18:07