MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu i...
16:46 09.10.2026
0
0
0
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev MDB-də inteqrasiya olunmuş logistika mərkəzlərinin yaradılması, tranzit xərclərinin əhəmiyyətli dərəcədə azaldılması, yükdaşımalar qaydalarının unifikasiyası və vahid nəqliyyat informasiya sisteminin formalaşdırılmasının tərəfdarı olduğunu bildirib.
"Şərq qapısı" Özbəkistan Respublikası Prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, dövlət başçısı bu təşəbbüsləri Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında səsləndirib.
Mirziyoyev, həmçinin texniki maneələrin aradan qaldırılması, uyğunluq sertifikatlarının qarşılıqlı tanınması və dövlət satınalmalarına çıxış imkanlarının genişləndirilməsi yolu ilə Azad Ticarət Zonasının tam fəaliyyətinin təmin olunmasının vacibliyini qeyd edib.
Prezident 2029-cu ilin MDB-də Nəqliyyat Əlaqəliliyi İli elan edilməsi təşəbbüsünü dəstəkləyib.
Bundan əlavə, o, Daxili İşlər Nazirləri Şurasına transsərhəd kibercinayətlərə və dələduzluq sxemlərinə operativ reaksiya verilməsi üçün MDB-nin Birgə Əlaqələndirmə Mərkəzinin yaradılması üzrə tədbirlər kompleksini qısa müddətdə hazırlamağı tapşırmağı təklif edib.
Şavkat Mirziyoyev Özbəkistanın gələn il MDB-yə sədrliyi qəbul etməyə hazır olduğunu bildirib
Digər xəbərlər