Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
18 sentyabr 2024-cü il tarixdə Kəngərli Rayon Mədəniyyət Sarayında "Milli Musiqi Günü" münasibətilə konsert proqramı təşkil olunub.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qıvraq qəsəbə Uşaq Musiqi məktəbinin müəllimi Nigar Qurbanova çıxış edərək, Ulu Öndərin 1995-ci ildə - dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-nin ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, həm də Şərqdə ilk operanın banisi kimi məşhurdur. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisidir.
Konsert proqramı ilə davam edən tədbirdə Kəngərli Rayon Mədəniyyət Şöbəsinin tabeliyinde olan musiqi kollektivləri tərəfindən Üzeyir Hacıbəylinin yaradıcılığına dair rəngarəng musiqi nömrələri səsləndirilib.
Digər xəbərlər