NAXÇIVAN :

11 Yanvar 2025, Şənbə

Milli Müdafiə Universiteti "Şərq qapısı" qəzetinə məktub ünvanlayıb

...

Milli Müdafiə Universiteti "Şərq qapısı" qəzetinə məktub ünvanlayıb. Məktubda deyilir:
Hörmətli Sara xanım, 
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində “8 noyabr –  Zəfər Günü” münasibətilə təşkil edilən tədbirlərə göstərdiyiniz informasiya dəstəyi tərəfimizdən təqdir olunur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yeni mərhələdə inamla və uğurla davam etdirdiyi milli müdafiə siyasətinin reallaşdırılması, habelə hərbi təhsilin təşviq olunması istiqamətində həyata keçirilən fəaliyyətlərdə kütləvi informasiya vasitələrinin yeri və rolu olduqca önəmlidir.
Əməkdaşlığımızdan məmnun olduğumuzu bildirir və Sizə təşəkkür edirik.
Hörmətlə,
Milli Müdafiə Universitetinin rektoru, general-mayor    Gündüz Əbdülov

Nəşr edilib : 24.12.2024 19:25