Dövlət İmtahan Mərkəzi TKT imtahanına qeydiyyat el...
15:40 12.11.2025
0
0
0
Parlamentlərimiz arasında dostluq qrupları fəaliyyət göstərir. Qrup üzvlərinin qarşılıqlı səfərləri artırıla və beynəlxalq parlament platformalarında əməkdaşlıq genişləndirilə bilər. Komitələrarası təcrübə mübadiləsi, xüsusən iqtisadiyyat, enerji, nəqliyyat, sahibkarlıq, təhsil və mədəniyyət sahələrində faydalı olacaq.
Bu gün Azərbaycan Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinə qaz ixrac edir ki, Xorvatiya da bu ölkələrdən biridir.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç ilə keçirilən brifinqdə söyləyib.
O vurğulayıb ki, ötən 30 ildə əlaqələr müxtəlif sahələr üzrə uğurla inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
“Əsas məqsədimiz xalqlarımızı bir-birinə yaxınlaşdırmaq və ölkələrimiz arasındakı əlaqələri daha da inkişaf etdirməkdir”, - deyə o əlavə edib.
Digər xəbərlər