NAXÇIVAN :

25 Sentyabr 2026, Cümə

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib

...

Sentyabrın 25-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib.
"Şərq qapısı" xəbər verir ki, komitə sədri Arzu Nağıyev gündəlikdəki məsələni - Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib.
Qanun layihəsi barədə danışan komitə sədri bildirib ki, sənəddə bir sıra qanunvericilik aktlarının mövcud maddələrində dəyişikliklərin edilməsi təklif olunur. Sənəddə edilən dəyişikliyə əsasən hüquq mühafizə orqanlarında, həmçinin bir sıra dövlət qurumlarında xidmət keçən şəxslərin maddi, pensiya və sosial təminat məsələləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi təklif edilir. Layihədə hərbi qulluqçuların gəlirlərinin vergidən azad edilməsi ilə bağlı müddəalara, əməkhaqqı və yeni xidmət yerinə köçmə xərclərinin ödənilməsi qaydalarına dəyişikliklər nəzərdə tutulur. Bununla belə, təminatlardan istifadə hüququ olan şəxslərin kateqoriyasının dəqiqləşdirilməsi və hüquqi tənzimləmənin təkmilləşdirilməsi nəzərdə tutulur.
Müzakirəyə çıxarılan qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Nəşr edilib : 25.09.2026 19:28