Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı...
18:56 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
Milli Məclisin deputatı Vüqar Rəhimzadə “Şərq qapısı” qəzetinə açıqlamasında bildirib:
“Azərbaycan mədəni irsi növbəti dəfə dünya miqyasında layiqincə tanınıb. 11 iyul 2025-ci il tarixdə UNESCO-nun Parisdə keçirilən 47-ci sessiyasında ölkəmiz tərəfindən təqdim olunan “Qədim Qəbələ şəhəri” və “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Dünya İrsinin İlkin Siyahısına daxil edilib. Bu uğur bütün xalqımız üçün, xüsusilə də ordubadlılar üçün böyük sevinc və qürur doğurur. Ordubad rayonunun ərazisində, Zəngəzur silsiləsinin suayırıcı hissəsində, 3725 metr yüksəklikdə yerləşən Gəmiqaya Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biridir. Minilliklər öncədən bu günə qədər qorunub saxlanılan qayaüstü təsvirlər – həyat, təbiət, insan və inancla bağlı izlər, sadəcə, sənət nümunələri deyil, həm də milli yaddaşımızın daşıyıcılarıdır. Bu qayaüstü rəsmlər bizim kimliyimiz, mənəvi dəyərlərimiz, qədim dünyagörüşümüz haqqında zəngin məlumat verir.
Bu ərazinin UNESCO kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən qorunmağa layiq hesab edilməsi, regionun təkcə təbii gözəlliyi ilə deyil, həm də tarixi, arxeoloji və mədəni dəyəri ilə tanınması deməkdir. Gəmiqaya təkcə Ordubadın deyil, bütün Azərbaycanın qədimliyini və bəşəriyyətə bəxş etdiyi dəyərləri təcəssüm etdirən canlı irs nümunəsidir.
Bundan sonrakı mərhələdə Gəmiqayanın UNESCO-nun Dünya İrsinin Əsas Siyahısına daxil edilməsi üçün elmi tədqiqatlar, beynəlxalq əməkdaşlıqlar və mədəni irsin qorunmasına dair zəruri tədbirlər davam etdiriləcək.
Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına da xidmət edən bu mühüm hadisə münasibətilə Ordubad sakinlərini, bütün muxtar respublika ictimaiyyətini və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Bu uğur bizim keçmişimizə verilən dəyər, gələcək nəsillərə ötürəcəyimiz bir mirasdır”.
Digər xəbərlər