NAXÇIVAN :

25 Noyabr 2024, Bazar ertəsi

Milli Məclisdə Naxçıvanın büdcəsi müzakirə olunur

...

"Şərq qapısı" xəbər verir ki, "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin 1-ci oxunuşda müzakirəsi ilə baģlı Azərbaycan Respublikası Milli Məclisinin plenar iclası başlayıb. Plenar iclasda Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsi də müzakirə edilir.
Müzakirələrdə Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli və Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov iştirak edirlər.

Nəşr edilib : 25.11.2024 13:15