Ali Məclisin Sosial siyasət komitəsinin iclası keç...
18:56 31.01.2025
0
0
0
Prezident İlham Əliyevin donorluğun və qan xidmətinin inkişafına dair imzaladığı sərəncamlara və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın irsi qan xəstələrinə və təcili əməliyyata ehtiyacı olan insanlara kömək etmək üçün könüllü qanvermə aksiyalarının keçirilməsi barədə etdiyi çağırışa dəstək vermək məqsədilə yanvarın 31-də Milli Məclisdə könüllü qanvermə aksiyası keçirilib.
"Şərq qapısı"nın məlumatına görə, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Milli Məclisin rəhbərliyi, deputatlar, Aparatın və İşlər idarəsinin əməkdaşları parlamentdə bu məqsədlə ayrılmış yerə gələrək lazımi müayinədən keçdikdən sonra növbə ilə qan veriblər.
Digər xəbərlər