Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Mək...
23:32 01.05.2026
0
0
0
Milli Kitabxanada “25 Noyabr - Kəlbəcər Şəhəri Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.
"Şərq qapısı" xəbər verir ki, Kitabxanadan bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Kəlbəcər şəhərinin tarixi, coğrafiyası ilə bağlı materiallar öz əksini tapıb.
Həmçinin Milli Kitabxananın fondunda mühafizə olunan, Kəlbəcərdə aparılan bərpa-quruculuq işləri haqqında, Vətən müharibəsi və böyük Zəfəri əks etdirən kitablar, məqalələr Azərbaycan, rus, ingilis dillərində nümayiş olunub.
Sərgi ilə link vasitəsilə tanış olmaq mümkündür.
Digər xəbərlər