NAXÇIVAN :

02 May 2026, Şənbə

Mikelancelonun nadir eskizi 27,2 milyon dollara satılıb

...

İntibah dövrünün dahi sənətkarı Mikelancelo Buonarrotinin eskizi “Christie’s” hərrac evində 27,2 milyon dollara satılıb.

"Şərq qapısı" xəbər verir ki, hərrac evinin mətbuat xidməti məlumat yayıb.

Qırmızı tabaşirlə çəkilmiş və əvvəllər məlum olmayan bu eskizdə Liviya Sibilinin sağ ayağı təsvir olunub. Lotun başlanğıc qiyməti 1,5–2 milyon dollar təşkil edib. Hərrac 45 dəqiqədən çox davam edib və əsər anonim alıcı tərəfindən alınıb.

Nəşr edilib : 06.02.2026 08:10