NAXÇIVAN :

26 Noyabr 2024, Çərşənbə axşamı

Mikayıl Cabbarov Türkiyədə TDT-nin iclasında iştirak edəcək

...

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının (TDT) elm, texnologiya, sənaye və innovasiya nazirlərinin 1-ci iclasında iştirak edəcək.
“Şərq qapısı” xəbər verir ki, bu barədə nazir öz “X” hesabında paylaşım edib.
“Türkiyəyə işgüzar səfərimiz çərçivəsində dost ölkələrdən olan həmkarlarımızla Türk Dövlətləri Təşkilatının elm, texnologiya, sənaye və innovasiya nazirlərinin 1-ci iclasında iştirak edəcəyik. Birgə fəaliyyətimizi gücləndirmək üçün yeni imkanları dəyərləndirmək niyyətindəyik”, - deyə paylaşımda bildirilib.

Nəşr edilib : 26.10.2024 10:54