NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb

...

Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçlə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, M.Cabbarov bu barədə "X" hesabında paylaşım edib.

“Azərbaycanda güləşin inkişafı üçün görülən işləri qeyd etdik, gənc istedadların yetişdirilməsi, idmançılarımızın peşəkarlığının və beynəlxalq uğurlarının daha da artırılması ilə bağlı əməkdaşlığın inkişafını müzakirə etdik. Dünya Güləş Birliyinin qrapplinq, pankration və həvəskar MMA üzrə yeni yaradılan vahid komitəsinin rəhbərliyində Azərbaycan Güləş Federasiyasının təmsil olunmasının ölkəmizin güləş idmanına göstərilən yüksək etimadın göstəricisi olduğunu vurğuladıq” , - AGF rəhbəri bildirib.

Nəşr edilib : 11.12.2024 14:16