Naxçıvan Dövlət Universitetində "Müasir filologiya...
20:51 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
İsveçli fotoqraf və “Nuhun izi ilə” sənədli filminin rejissoru Mikael Silkeberq: "Biz ilk dəfə Naxçıvana UNESCO-nun təşəbbüsü ilə “Xarıbülbül əfsanəsi” filminin təqdimatı üçün gəlmişdik. Burada olarkən başqa bir ideya da ortaya çıxdı ki, başqa bir sənədli film də çəkək və bu layihə üzərində işlədik. Beləcə, “Nuhun izi ilə” filminin hazırlıqlarına başladıq. İlk olaraq tarixçiləri seçdik. Düşündük ki, çəkəcəyimiz tarixi yerlər haqqında bizə aydın və dolğun məlumatları onların verməsi daha düzgün olar. Daha sonra aktyor seçimini etdik. Bu işdə də bizə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aktyor heyəti qoşuldu. İdeya belə idi ki, əvvəlcə tarixi məkanlar sonra isə tarixi şəxsiyyətlər haqqında məlumatlar verək.
Sual yarana bilər ki, məhz niyə Naxçıvan? – Çünki Naxçıvan xəritədə çox kiçik bir yerdir. Amma bu diyarda bütün imperiyaların qarşı-qarşıya gəlməsi, hətta onların qovuşması baş verib. Qeyd edim ki, imperiya deyəndə həm də mədəniyyətlərin də burada qarşı-qarşıya gəlməsi, qovuşması, eləcə də dünyaya verdiyi töhfələr nəzərdə tutulur. Dünya xalqları, əsasən, yunan və Roma imperiyası haqqında geniş məlumata malikdilər. Mənim fikrim ondan ibarətdir ki, istəyirəm bu kiçik məkanı da dünya mədəniyyətində hansı rola malik olub onu da tamaşaçılara təqdim edim.
Xüsusilə demək istəyirəm ki, bütün bu işlərin təşəbbüskarı, Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Zaur Əhmədova, burada bizə dəstək olan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə və eləcə də Naxçıvan Televiziyasına təşəkkürümü bildirirəm".
Aidə İBRAHİMOVA
Digər xəbərlər