NAXÇIVAN :

22 Yanvar 2025, Çərşənbə

Məzahir Pənahov: Bələdiyyə seçkilərinin nəticələri ayrılan müddətdən daha tez açıqlanacaq

...

Bələdiyyə seçkilərində 16 min 96 namizəd mübarizə aparacaq.

"Şərq qapısı" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun yanvarın 21-də keçirilən iclasında deyib.

O qeyd edib ki, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 625 seçici var.

MSK sədrinin sözlərinə görə, bələdiyyə seçkilərinin nəticələri ayrılan müddətdən daha tez açıqlanacaq.

M. Pənahov deyib ki, 5 min 734 seçki məntəqəsində səsvermə həyata keçiriləcək.

Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin olunub. Ölkədə ümumilikdə 118 seçki dairəsi üzrə 685 bələdiyyəyə üzvlər seçiləcək.

Nəşr edilib : 21.01.2025 16:57