XİN: Ermənistan tərəfindən tarixi kütləvi şəkildə ...
22:24 15.01.2025
0
0
0
"Təyyarə qəzaları elə bir qəza növüdür ki, onun haqqında dəqiq fikir söyləmək bəzən aylar, bəzən də illərlə vaxt alır. Ona görə də konkret günahkar, səbəbkar axtarmaq erkən dövrdə çox nisbidir. Ola bilər ki, pilot qəhrəmanlıq edib 50% insanın həyatını xilas etsin, ola da bilər ki, o an yanlış qərar verib 50% insanın həyatını tələf etsin".
"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas deyib. O, bildirib ki, ümumilikdə sosial mediyada yayılan, "layk-İP" xatirinə olan paylaşımlar, insanların ilkin mənbə olma yarışı hər gündəm hadisəsindəki kimi yenə də davam edir. Belə hallar dezinformasiya və informasiya kirliliyi yaradır: "Bir təyyarə qəzasını qiymətləndirmək üçün, qara qutu, qüllə ilə danışıq qeydləri, aeroportlardan gələn cavablar, radar qeydləri, istehsalçı firmanın rəyi, hava yollarının rəyi, o anda mühərriklərin vəziyyəti və s. bir çox detallar lazımdır".
"Elə bu səbəblərdən prokurorluq cinayət işi açır və Prezident də komissiya yaradır ki, məsələ dərindən araşdırılsın. Səbirli və aqressiyadan uzaq olmağı tövsiyə edirəm. Baş vermiş faciə hər birimizi üzür, qorxudur və kədərləndirir. Faciədən əziyyət çəkənlərə səbir, ölənlərə rəhmət diləyirəm. Heç birimiz belə hadisələrdən sığortalanmamışıq".
Digər xəbərlər