Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması...
00:30 07.08.2026
0
0
0
Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Əli Əhmədov Nyu-York Federal Ehtiyatlar Bankının nümayəndə heyəti ilə görüşüb.
AMB-dən bildirilib ki, görüş zamanı qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə olunan tendensiyalar, mərkəzi bankların üzləşdiyi aktual çağırışlar, eləcə də valyuta ehtiyatlarının idarə olunması sahəsində aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin Mərkəzi Bank ilə Nyu-York Federal Ehtiyat Bankı arasında uzunmüddətli əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Digər xəbərlər