Azərbaycanın üç güləşçisi Avropa çempionatının fin...
22:15 06.07.2026
0
0
0
Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın da təmsil olunduğu Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) Seçki Qrupunun Daşkənddə keçirilən növbəti toplantısında iştirak edib.
AMB-dən bildirilib ki, Əliyar Məmmədyarov çıxışı zamanı qlobal və regional makroiqtisadi trendlər, maliyyə sektorunun inkişaf dinamikası, eləcə də maliyyə sabitliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasət tədbirlərindən danışıb. O, DB və BVF ilə uzunmüddətli və səmərəli əməkdaşlığın ölkənin institusional potensialının gücləndirilməsinə, iqtisadi dayanıqlığın artırılmasına mühüm töhfə verdiyini vurğulayıb.
Qeyd edək ki, DB və BVF-nin üzv ölkələrinin dövlət və hökumət rəsmiləri, mərkəzi bank rəhbərləri və beynəlxalq maliyyə institutlarının nümayəndələrinin iştirak etdiyi bu toplantı çərçivəsində Seçki Qrupuna daxil olan ölkələrdə mövcud makroiqtisadi vəziyyət, inkişaf meyilləri, qarşıda duran çağırışlar, eləcə də qlobal iqtisadi proseslərin milli iqtisadiyyatlara təsiri ətrafında geniş müzakirələr aparılır.
Digər xəbərlər