Fənn olimpiadalarının rayon (şəhər) mərhələsində m...
14:03 22.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Azərbaycan qadını tarixboyu öz mərdliyi, ağlı ilə seçilib. Bu xalq mərd oğulların anaları, həyat yoldaşları ilə daim qürur duyub. O da həmin mərd, mətanətli xanımlardandır. Böyüdüyü və gəlini olduğu ailələrin gözəl xüsusiyyətlərini öz əməllərində birləşdirən Mehriban xanım.
“Bizim Mehriban”, – deyir Azərbaycan xalqı bu gözəl xanıma. Xalqı ilə bir gülüb bir ağlayan hər kəsin qeydinə qalan qızıl insana. Ali Baş Komandan ilə cəbhə bölgəsində görənlər bu mərd xanımı daha da yaxından tanımağa başladılar. Hərbi forma geyinərək döyüş bölgəsinə gəlməklə xalqın sevgisini qazandı. Qolunu itirmiş qazinin əli, gözünün nurunu Vətənə qurban verən zabitin gözünə nur oldu Mehriban Əliyevanın qayğısı. Gözü yaşlı şəhid anasının yanında dayanıb onun göz yaşını silib, şəhid balasını qucaqlayıb bağrına basdı. Düşmən gülləsinə tuş gəlib yarı canını Vətənə qurban edən oğulları xəstə yatağında ziyarət edib onlara güc verdi.
Ali Baş Komandanla bərabər yuxusuz gecələr keçirib ona dayaq oldu. Azərbaycan qadınının əsalətini, dönməzliyini, qəhrəmanlığını sübut etdi.
Şəhid ailələrinə dövlətin diqqət və qayğısı hər zaman yüksək olub
Bu diqqət və qayğının bariz nümunəsini Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva göstərir. Onun xidmətlərinin sevinci yüzlərlə şəhid ailəsinin ömür səhifəsinə yazılıb, neçə-neçə ailəyə səadət bəxş edib, onlara həyat eşqi verib, qəlblərdə işıqlı sabaha inam yaradıb.
İnsanlara təmənnasız yaxşılığı, qayğısı, mərhəməti, ehtiyacı olanlara əl tutması, xeyriyyəçiliyi onun siyasətinin prioritetidir. Əlbəttə ki, hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir. Hər kəs bu əmanətə hörmət etməyə, qayğı göstərməyə çalışmalıdır. Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır. Birinci vitse-prezidentin uğurla reallaşdırdığı möhtəşəm xeyriyyəçilik missiyası onu milyonların sevimlisinə çevirib və bu əməllər Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu növbəti dəfə nümayiş etdirir.
Vətənə əmanət edilən balaların ən böyük himayədarı olan xanım
Vətənimiz 44 günlük müharibədə igid oğulların qəhrəmanlığına şahid oldu. Onlar üzünü görmədiyi balalarını Vətənə əmanət edib Azərbaycan xalqının gələcəyi olan uşaqlara bütöv bir Vətən yadigar qoydular. Kimi qundaqda balasını, kimi dünyaya hələ gəlməyən, kimisi isə məktəbə, universitetə qədəm atması arzusu ilə yaşadığı övladını əmanət etdi bu Vətənə. İlk sözü ata olan körpələr ata əvəzinə soyuq məzar daşı qucaqlayanda Azərbaycan xalqı minnət duydu həmin körpələrə. Onların ən böyük himayədarı isə gözəl ana, qayğıkeş nənə Mehriban xanım oldu. Heydər Əliyev Fondunun dəstəyi ilə şəhid övladları qayğı ilə əhatə edildi. Onlar üçün müxtəlif layihələr əsasında tədbirlər təşkil edildi. Sağlamlıqları diqqətdə saxlanıldı. Qarşılaşdıqları bütün çətinliklər həll edildi. Təkcə “Mənim atam qəhrəmandır” layihəsindən Azərbaycanın müxtəlif bölgələrindən olan onlarla şəhid övladı yararlanır.
Müharibə əlillərinə maddi-mənəvi dəstək
Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan insanlara göstərdiyi qayğı genişmiqyaslıdır. Erməni işğalçıları ilə döyüşdə əlil olmuş şəxslərə maddi-mənəvi dəstək, onların sağlamlığının bərpasına lazımi diqqət də Mehriban xanım Əliyevanın humanizm fəaliyyətinin əsasını təşkil edir.
Müharibə əlillərinin əksəriyyəti Birinci vitse-prezidentin köməyi ilə dünyanın nüfuzlu xəstəxanalarında müalicə alır. Heydər Əliyev Fondu “Döyüşlərdə yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini həyata keçirir.
Birinci vitse-prezident protezlərlə təmin olunan hərbçilərlə görüş zamanı vurğulamışdır ki, dövlət onların fəaliyyətini yüksək qiymətləndirir, belə mərd və cəsarətli oğulların olması ilə fəxr edir. Hərbçilərimizin apardığı mübarizə haqq mübarizəsidir. Onların vətənpərvərliyini, qəhrəmanlığını, şücaətini yüksək dəyərləndirən Heydər Əliyev Fondunun prezidenti hər zaman bu insanlara dəstək olacağını söyləmişdi: “Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var”.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər