Ayaz İsmayılov: “Qəzalara səbəbiyyət yaradan iki ə...
14:56 02.12.2024
0
0
1
NAXÇIVAN :
02 Dekabr 2024, Bazar ertəsi
Mən tarixin yaddaşıyam! Ulu-ulu karvan keçmiş əsrlərin yol aldığı yoldaşıyam, sirdaşıyam! Günəş batsa, ulduz sönsə, ay axsa yer üzünə, göy üzünə həkk olunan bir tarixin haqq səsiyəm! Bir ulusun gəlmişini, keçmişini, addım-addım hər izini öz köksümdə gizləmişəm, qoymamışam silinməyə! Ana Vətən, Ata yurdu bərk-bərk qucan babaların sözçüsüyəm! Hər kəlməni daş üstündə qorumuşam! Hifz etmişəm! Mən Tanrının yer üzünə nəqş etdiyi bu diyarın müqəddəs torpaqlarında atılan hər addımın iziyəm! Ta qədimdən bu günədəkbir ulusun qocaman tarixinə cığır olan o yol mənəm! Mən tarixin özüyəm! Hər küncümdən, bucağımdan neçə-neçə yüzilliklər, minilliklər boylanır.
Nuh tufanının şahidi olan daşların dili mənəm! Nuh Peyğəmbərin torpağa endiyi Gəmiqayadan danışıram, Uca Yaradanın ulu yurda bəxş etdiyi Duzdağ möcüzəsindən, Qazma mağarasından söhbət açıram. Gəmiqayadan qüdrət alan Əshabi-kəhf tarixinin minilliklərinin şahidi də elə mənəm! Bərəkətli diyarın əməksevər insanlarının zəhmət izləri həkk olunan əmək alətləri, məişət əşyalarının canlı mənzərəsiyəm. Neçə-neçə minilliklərə qədər aparan kiçik bir səyahətdə o əsrlərdə yaşayan insanların təfəkkür, dünyagörüşü və zövqünün xəbərçisiyəm. İsmətli gəlinlərin, nazlı qızların zinəti gizlənir məndə, mən bəzəyəm... İgidlərin qılıncıyam, düşmənlərə sipər olan qalxanıyam. Anaların gözlərinin nuruyla ilmələnən xalçaların naxışıyam! Ata-babalarımızın zəhmətdən qabarlanan əlləriylə bərəkətlənən torpağın sevdasıyam! Dağı-daşı lərzəyə gətirən Naxçıvan yallılarının bəzəyi olan tulumun, balabanın, neyin, qara zurnanın sədasıyam! Həqiqətin güzgüsüyəm, ulu yurdun şanlı tarixini əks edirəm! Nənələrin, babaların ocağının sönməyən çırağıyam! Keçmişə işıq salan! Hey dolanır azad ruhu uluların qoynumda... Mən onların sorağıyam, səsiyəm...
Dövlətçilik tariximizin Atabəylərindən, Qaraqoyunlularından, Ağqoyunlularından, Səfəvilərindən, Naxçıvan xanlıqlarından bu günə miras qalan dəyərlərin bənzərsiz ərməğanıyam!
100 illik muxtariyyətimizlə yaşıdam mən! Bir əsrə şahidlik edərkən köksümə sığınan minilliklərin saxlanc yeriyəm! Ulu tarixin canlı salnaməsi, daş kitabəsiyəm! Gələcək nəsillər addımladıqca qoynumda baxıb fərəhləndiyi, öz keçmişiylə öyündüyü ata-baba yadigarı, Vətən, torpaq, yurd eşqiyəm!
Gülcamal TAHİROVA
Digər xəbərlər