Bahar Muradova Nyu-Yorkda macarıstanlı həmkarı ilə...
22:31 11.03.2025
0
0
0
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Gender anlayışının aşılanması və gender bərabərliyinin əhəmiyyəti ilə bağlı təşviqat işinin apararılması məqsədilə 11 fevral 2025-ci il tarixdə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Cahan Mehbalı açaraq mövzunun vacibliyini vurğulamışdır.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva mövzu ilə əlaqədar çıxış etmişdir. Zərnigar Orucəliyeva bildirmişdir ki, təhsil sistemində hüquqların qorunması gender stereotiplərinin aradan qaldırılması mövzusu, cəmiyyətin inkişafı və sosial ədalət baxımından son dərəcə əhəmiyyətlidir. Təhsil almaq hər bir insanın fundamental bir hüququdur. Cəmiyyətdə gender bərabərliyinin təşviqi və təhsil sistemindəki gender stereotiplərinin ortadan qaldırılması, gender anlayışının aşılanması vacib məsələlərdəndir.
Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, məktəb kollektivi və yuxarı sinif şagirdləri olmaqla tədbirdən 72 nəfər yararlanmışdır.
Digər xəbərlər