Hazırda Naxçıvan şəhərində Zəfər Gününə həsr olunm...
20:33 08.11.2024
0
0
0
NAXÇIVAN :
08 Noyabr 2024, Cümə
Valideynlər, xüsusilə ibtidai sinif şagirdlərinin valideynləri məktəb çantası seçərkən diqqətli olmalıdırlar. Bu, uşağın fiziki sağlamlığını qorumaq üçün əhəmiyyətlidir. Ölçüsündən, ağırlığa dözümlülüyündən tutmuş funksional xüsusiyyətlərə kimi hər bir şey çanta seçimində önəmlidir.
Yastıqlı çiyin qayışları və yastıqlı arxa paneli olan çantalar ağırlığı bərabər paylamağa və narahatlığın qarşısını almağa kömək edir. Bununla yanaşı çantanın tikişlərinin möhkəmliyinə və zəncirbəndin möhkəm materiallardan hazırlandığına diqqət yetirməlidir. Hər gün istifadə edildiyindən bəzi çantalar aşınmaya məruz qalır. Buna görə də naylon və polyester kimi materiallardan hazırlanmış çantalara üstünlük verilməlidir. Çantada bölmələrin çox olması şagirdin əşyalarını nizamlı şəkildə yerləşdirməsinə kömək edəcəkdir.
Nəzərə almaq lazımdır ki, kitab, dəftər və digər ləvazimatların ağırlığı onsuz da çoxdur. Buna görə də öz çəkisi az olan çantalara üstünlük vermək lazımdır. Şagird sinifdən sinfə keçdikcə məktəbə daşıyacağı ləvazimatların sayı ilə yanaşı çəkisi də artır. Bu fiziki diskomfort şagirdin dərsə olan marağını və diqqətini azaldaraq onun həm sağlamlığına, həm də təhsil həyatına mənfi təsir göstərir. Məktəbli çantası şagirdin ölçü və çəkisinə uyğun olmalı, kürəyə sıx oturmalı və bədən çəkisinin 10-15 faizindən çox olmamalıdır. Çalışmaq lazımdır ki, çanta beldən ən az 5 santimetr yuxarıda olsun.
Nəzərə alsaq ki, çantanın ağırlığı şagirdin sağlamlığına mənfi təsir göstərə, bel, onurğa problemlərinə, ağciyərlərə və tənəffüs yollarına məhdudlaşdırıcı təsirlərə səbəb ola bilər, ona görə də hər bir valideyn çanta alarkən yuxarıda sadaladıqlarımızı yadda saxlamalıdır.
Aygün RÜSTƏMOVA
Digər xəbərlər