Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Media rəhbərləri və nümayəndələri noyabrın 11-də başlayacaq COP29 konfransına hazırlıqla bağlı görülən yekun işlərlə tanış olublar.
"Şərq qapısı" xəbər verir ki, görüşdə Prezidentin köməkçisi Anar Ələkbərov, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, media nümayəndələri iştirak ediblər.
Media qurumlarının rəhbərləri və jurnalistlər konfransın keçiriləcəyi Bakı Stadionunun həm Mavi, həm də Yaşıl zonalarına baş çəkməklə tədbir məkanında yaradılmış infrastruktur, təmin edilən texnologiyalar, müxtəlif təyinatlı zona və məkanlarla tanış olublar. Qonaqlar konfransın gedişində media nümayəndələrinin səmərəli işinin təşkili üçün tələb olunan şəraitin yaradıldığı Media Mərkəzinə də baxış keçiriblər.
Qeyd edilib ki, tədbir məkanında 155 pavilyon var, pavilyonlarda çoxsaylı sərgilər nəzərdə tutulub.
Görüş zamanı həmçinin Azərbaycan pavilyonunda baxış keçirilib. Bildirilib ki, bu pavilyon 450 kvadratmetrdir. Burada gün ərzində onlarla tədbir keçiriləcək.
İclas otaqlarına, media mərkəzinə, həmçinin yemək otaqlarına da baxış keçirilib.
Tədbir məkanında olan C zonasında Azərbaycan tarixini göstərən muzey yaradılıb, buraya xüsusi eksponatlar gətirilib.
Görüş zamanı məlumat verilib ki, ümumilikdə 29 iclas otağı var. Nizami zalı əsas rəsmi tədbirlərin keçiriləcəyi məkandır, 1600 yerlikdir. Burada Liderlər Sammiti baş tutacaq.
Tədbir məkanında Azərbaycan təbiətinin görüntüləri yayımlanacaq.
Bundan başqa, COP29 dövründə istifadə ediləcək nəqliyyat vasitələrinə də baxış olub. Bildirilib ki, burada 210 avtomobil Liderlər Sammitində olacaq, ümumilikdə 500 avtomobil istifadə ediləcək. Onlardan 140-ı elektrik avtobusları olacaq
Məkanla tanışlıqdan sonra COP29 Könüllüləri ilə görüş olub, onların fəaliyyəti yüksək qiymətləndirilib.
Digər xəbərlər