NAXÇIVAN :

08 Yanvar 2025, Çərşənbə

Mədəniyyət müəssisələri, tarixi binalarda layihələndirmə və təmir işləri davam edir

...

"Şərq qapısı" xəbər verir ki, cari ildə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının Dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisya xərcləri) çərçivəsində bir sıra işlər görülüb.  Belə ki, nazirlik tərəfindən Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması və əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün kotirovka sorğusu elan olunub, binaların əsaslı təmiri və bərpası üçün layihə hazırlanıb.

Həçminin nazirlik tərəfindən Kəngərli Rayon Mədəniyyət Sarayının binasında təmir işlərinin aparılması üçün satınalma keçirilib. Sarayın dam örtüyü yenisi ilə əvəz olunmuş, pəncərələr rənglənmişdir. Hal-hazırda binanın daxilində təmir işləri davam etdirilir.
Bundan başqa, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təmiri üçün də 14 oktyabr 2024-cü ildə açıq tender sorğusu keçirilib.  Satınalmanın qalibi tərəfindən təmir işlərinin görülməsinə başlanılıb.

Nəşr edilib : 29.12.2024 14:20