NAXÇIVAN :

18 Aprel 2025, Cümə

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Düşənbədə keçiriləcək

...

MDB-nin Baş katibi Sergey Lebedev Almatıda Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının məhdud tərkibdə keçirilən iclasına yekun vurub.

"Şərq qapısı" “Kazinform”a istinadla xəbər verir ki, onun sözlərinə görə, bütün aktual mövzular üzrə səmimi və konstruktiv söhbət olub.

O deyib: “Bundan başqa, MDB-nin müxtəlif sahələr üzrə əməkdaşlıq orqanlarının fəaliyyətinin təhlili üçün məhdud tərkibdə protokol qərarları qəbul edilib. Həmçinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilməsi barədə qərar qəbul edilib”.

MDB Xarici İşlər Nazirləri Şurasının sədri, Tacikistan Respublikasının xarici işlər naziri Sirociddin Muhriddin ölkəsinin Birliyə sədrliyinin davamlılıq və hər bir iştirakçı dövlətin rəyinə hörmət prinsipləri əsasında davam edəcəyini vurğulayıb.

MDB Xarici İşlər Nazirləri Şurasının sonuncu iclasının gündəliyinə 13 məsələ və 17 layihə sənədi daxil edilib.

Nəşr edilib : 11.04.2025 14:33