Culfa rayonunda kanaldan meyit aşkarlanıb
15:36 02.05.2026
0
0
0
NAXÇIVAN :
02 May 2026, Şənbə
Bu gün təhsilini yenicə başa vurmuş bir çox tələbənin qarşısında duran əsas sual budur: karyerada növbəti addımım nə olmalıdır? Peşəkar inkişaf yollarını araşdırarkən tez-tez rast gəlinən, lakin mahiyyəti tam dərk edilməyən bir anlayış da var: MBA (Master of BusinessAdministration – Biznesin İdarə Edilməsi Magistri). Yerli tələbələr arasında beynəlxalq səviyyədə ən nüfuzlu magistr dərəcələrindən biri olan bu proqram haqqında məlumatlılıq hələ də aşağıdır.
Bəs MBA nədir və kimlər üçündür? Bu proqram sizə nə öyrədir və karyeranızda hansı yeni qapıları açır? Bu sualımızı təhsil eksperti Ramin Nurəliyev cavablandırdı: MBA menecment, liderlik və idarəetmə bacarıqlarını inkişaf etdirməyə yönəlmiş, beynəlxalq səviyyədə tanınan bir təhsil proqramıdır. Müasir tələbələr artıq ənənəvi təhsillə kifayətlənmir, onlar biznes dünyasının dinamik ritminə uyğunlaşmaq, özlərini inkişaf etdirmək və mütəxəssis kimi formalaşmaq üçün davamlı şəkildə çalışırlar. Öz biznesini qurmaq və inkişaf etdirmək istəyənlər üçün də məhz bu proqram əvəzolunmazdır.
Azərbaycanda MBA proqramı formal olaraq ali təhsilin magistratura səviyyəsi kimi qəbul edilir. Bakalavrlar magistratura səviyyəsində öz ixtisasları üzrə, yəni təhsil aldıqları sahə və ona yaxın istiqamətlər üzrə seçim apara bilirlər. Bununla yanaşı, MBA proqramı bütün ixtisaslar üzrə seçim imkanı yaradır. Yəni istənilən bakalavr ixtisasından asılı olmayaraq, magistratura üzrə fərqli bir ixtisası seçərək təhsil ala bilər. Azərbaycanda MBA proqramlarına qəbul, əsasən, DİM tərəfindən müsabiqə yolu ilə həyata keçirilir və ümumi magistratura tələblərinə uyğun olaraq bakalavrların məntiq, xarici dil və informatika üzrə bilikləri yoxlanılır. MBA proqramları, əsasən ödənişli əsaslarla tədris olunur.
Bəs regionumuzda bu tələbatı qarşılamaq üçün hansı imkanlar mövcuddur sualımızı Naxçıvan Dövlət Universiteti Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev cavablandıraraq qeyd etdi ki, Naxçıvan Dövlət Universitetində magistr proqramları ilə yanaşı, Biznesin təşkili və idarə edilməsi (MBA) ixtisasının Maliyyə və Səhiyyənin idarə edilməsi ixtisaslaşmaları da mövcuddur. Bu ixtisasın əsas üstünlüyü ondan ibarətdir ki, bakalavrlar ixtisas seçimi zamanı əvvəlki ixtisaslarından asılı olmayaraq, MBA ixtisasını seçməklə müxtəlif ixtisaslaşmalar üzrə təhsil ala bilirlər.
Bu ixtisaslaşmaları bitirən şəxslər əldə etdikləri səriştələr sayəsində şəxsi biznes qura, inkişaf etdirə, həmçinin müxtəlif dövlət və özəl qurumlarda çalışma imkanı əldə edirlər.
Səhiyyənin idarə edilməsi ixtisaslaşması üzrə məzunlar təhsil proqramının verdiyi hüquqlara uyğun olaraq müxtəlif vəzifələrdə işləyə bilirlər: xəstəxana administratoru, tibbi xidmətlərin koordinasiyası üzrə rəhbər, tibbi sığorta şirkətində ekspert və s.
Maliyyə (MBA) ixtisaslaşması üzrə məzunlar isə maliyyə direktoru, korporativ maliyyə analitiki, maliyyə məsləhətçisi, büdcə planlaşdırma üzrə mütəxəssis, startaplarda maliyyə rəhbəri və digər vəzifələr üzrə iş imkanlarına sahib olurlar.
Naxçıvan Dövlət Universitetində MBA ixtisaslaşmaları üzrə 2 illik dissertasiyalı və 1,5 illik dissertasiyasız tədris planları mövcuddur. Dissertasiyasız 1,5 illik proqramın məzunları ilə müqayisədə 2 illik dissertasiyalı proqramı bitirənlər iqtisadiyyat sahəsi üzrə doktoranturada təhsillərini davam etdirmək, elmi-tədqiqatla məşğul olmaq və ömürboyu təhsil imkanlarından yararlanmaq hüququ əldə edirlər.
Səmayə RƏSULOVA
Naxçıvan Dövlət Universitetinin Jurnalistika
ixtisası üzrə IV kurs tələbəsi
Digər xəbərlər