COP29 Paris Sazişinin iki maddəsini qəbul edib
21:56 23.11.2024
0
0
0
Rusiya və Azərbaycan təkcə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin deyil, həm də ölkələrimizin qarşılıqlı fəaliyyət göstərdiyi regional problemlərin həllinin vacibliyinə əsaslanaraq, bütün sektorlarda fəal əməkdaşlıq edirlər.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova MDB Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən iclası çərçivəsində deyib.
Diplomat deyib: “Biz kollektiv Qərb ölkələrinin, NATO blokunun problemli sularda balıq tutmaq və ondan əvvəl bu suyu bulandırmaq üçün böyük səylərini görürük. Düşünürəm ki, regionun digər ölkələri kimi, Bakı da bunu yaxşı bilir”.
O qeyd edib ki, Cənubi Qafqaz ölkələri “Qərbin xaosu idarə etmək səyləri ilə dünyanın müxtəlif yerlərində müşahidə olunan sabitliyin pozulmasının bizim ümumi regionumuza keçməsinə” imkan verməməlidir.
“Bu bölgə çox başıbəlalıdır, müxtəlif millətlərdən olan insanların qəlbində çoxlu yara açan münaqişələrdən, hətta qanlı, amansız müharibələrdən keçib. Ona görə də kim sülhlə gəlmək, kömək etmək, yardım göstərmək istəyirsə, məncə, onların hamısına yalnız şad olarıq. Əllərində hətta daş yox, bıçaq olanlar isə regionumuzdan uzaq dursunlar. Bu bölgədə sülhü qorumaq üçün birlikdə, birgə səylərlə çox əmək sərf etdik! Növbəti oyunbazların və manipulyatorların idarəolunan xaos siyasətini inkişaf etdirməməsi üçün əlimizdən gələn hər şey edilməlidir. Çünki son onillikdə bu xaos idarəolunmaz hala gəlib”, - deyə Mariya Zaxarova sözlərini yekunlaşdırıb.
Digər xəbərlər